manera.az
manera.az

“Zülmətdən doğan işıq” filmi təqdim olunub

📅 22.02.2019 11:42

“Zülmətdən doğan işıq” filmi təqdim olunub
Xızı rayon Heydər Əliyev Mərkəzində “Zülmətdən doğan işıq” adlı bədii-sənədli filmin ilk təqdimatı keçirilib.

Manera.az xəbər verir ki, film “ARB Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə ekranlaşdırılıb.
“Zülmətdən doğan işıq” filmi təqdim olunub
Ekran əsəri Cəfər Cabbarlının Rusiyası imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti dövründə ədəbi və siyasi proseslərdə fəal iştirakından bəhs olunur. Çəkilişləri Xızı rayonunda və Bakı şəhərində həyata keçirilən filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, elmi məsləhətçisi Asif Rüstəmli, prodüseri Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, baş prodüseri İqbal Məmmədəliyevdir.

Filmin yaxın vaxtlarda Bakı şəhərində də nümayişi nəzərdə tutulur.

MANERA.AZ


Baxış sayı - 1 811 | Yüklənmə tarixi: 22.02.2019 11:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031