manera.az
manera.az

Cəfər Cabbarlının yubileyi Ankarada qeyd olunacaq

📅 06.02.2019 14:23

Cəfər Cabbarlının yubileyi Ankarada qeyd olunacaq
Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə konfrans keçiriləcək.

Manera.az xəbər verir ki, fevralın 12-də keçiriləcək yubiley tədbiri TÜRKSOY-un həyata keçirdiyi “Türk dünyasının görkəmli şəxslərinin tanıdılması” layihəsi çərçivəsində gerçəkləşəcək.

Konfransda professor İsrafil İsrafilovun Cəfər Cabbarlının zəngin, mənalı həyat və yaradıcılığı ilə bağlı məruzəsi dinləniləcək.

İştirakçılara yubilyarın yaradıcılığını əhatə edən geniş bədii proqram da təqdim ediləcək.

MANERA.AZ


Baxış sayı - 1 234 | Yüklənmə tarixi: 06.02.2019 14:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930