manera.az
manera.az

Nazirlik gənc yazarları mükafatlandırdı

📅 05.02.2019 17:13

Nazirlik gənc yazarları mükafatlandırdı
Azərbaycan Gənclər Günü münasibətilə ədəbiyyat üzrə şair Fərid Hüseyn və yazıçı Çinarə Nüsrətli diplomla təltif ediliblər.

Manera.az xəbər verir ki, gənc yazarlar mükafata Azərbaycan Yazıçılar Birliyi tərəfindən təqdim olunublar.

AYB tərəfindən mükafata bir gənc şair və bir gənc yazıçının namizədliyi irəli sürülür. Mükafat hər il Gənclər və İdman Nazirliyi tərəfindən təqdim edilir.

Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən təntənəli mərasimdə 2018-ci ildə memarlıq, təsviri sənət, musiqi, teatr, ədəbiyyat, ictimai fəaliyyət, elm, təhsil sahələrində fərqlənən gənclər təltif olunublar.

Bundan başqa, dövlət gənclər siyasətinin həyata keçirilməsində uğurlu fəaliyyəti ilə seçilən bir sıra gənclər təşkilatları da mükafatlara layiq görülüb.

MANERA.AZ


Baxış sayı - 1 025 | Yüklənmə tarixi: 05.02.2019 17:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930