manera.az
manera.az

Əziz Musa: "KİŞİ OL!" | MANERA.AZ

Əziz Musa: "KİŞİ OL!" | MANERA.AZ


Babalar belə deyib,
Ac ol, kişi ol ancaq.
Belə kişilər olub,
Olub, yenə olacaq.
Bəs niyə deməyiblər,
Tox ol, ancaq kişi ol.
Vətən, yurd dərdi çəkmək,
Elə aclara qalıb,
Yurd satmaq, torpaq satmaq,
Bəs kimin işi olub.
Qeyrətli, ac kişilər,
Nə tapsa “şükür” deyib,
Öz halal süfrəsində,
Yavan çörəyin yeyib.
Vallah yoxdu deyəsən,
Toxun acdan xəbəri,
Ac kişi də istəyir,
Çörəyi işi ola,
Ancaq aclıq acları,
Qoymur ki, kişi ola.

QOYMURLAR

Bu necə divandı, bu necə haqdı,
Düzlükdən danışmaq indi günahdı,
Bilinmir kim kimə dostdu, dayaqdı,
Qoymurlar bu yurdu, Vətəni sevək.

Şeytan alnımızdan yazını pozur,
Namərdlər tor qurur, quyular qazır,
Çoxu pul görəndə yolunu azır,
Qoymurlar bu yurdu, Vətəni sevək.

Deyəsən bağlanıb millətin baxtı,
Bu qoca dünyanın laxlayıb taxtı,
Dünyanın bu vaxtı, günorta vaxtı,
Qoymurlar bu yurdu, Vətəni sevək.

Haqsızlıq görürsən hər addım başı,
Dönüb selə-suya gözlərin yaşı,
Satırlar torpağı, satırlar daşı,
Qoymurlar bu yurdu, Vətəni sevək.

Haqsızlıq əlindən bezibdi fələk,
Dəftərin doldurub şər yazan mələk,
Həsrətdən, hicrandan alışır ürək,
Qoymurlar bu yurdu, Vətəni sevək.

Nə var əlimizdən tutub alırlar,
Olanı, qalanı oğurlayırlar,
Bu torpağı, daşı gözdən salırlar,
Qoymurlar bu yurdu, Vətəni sevək.


MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031