manera.az
manera.az

"100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə" layihənin yekun tədbiri keçiriləcək

📅 28.01.2019 13:55

"100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə" layihənin yekun tədbiri keçiriləcək
30 yanvar 2019-cu ildə Bakı Konqres Mərkəzində "100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə" adlı layihənin yekun tədbiri keçiriləcək.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi 3 aylıq layihə çərçivəsində indiyədək "Cümhuriyyət - anılar və anlar" adlı, 416 səhifəlik kitab nəşr edilib, habelə Cümhuriyyətin ilk paytaxtı Gəncədə kitabın təqdimat törəni keçirilib.

Həmçinin türk dünyası yazarlarının təbriklərindən ibarət video-çarx hazırlanıb.
"100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə" layihənin yekun tədbiri keçiriləcək
30 yanvarda millət vəkillərinin, alimlərin, yazarların və ictimai faəl gənclərin iştirakı ilə keçiriləcək tədbirdə sözügedən kitab və video-çarx ictimaiyyət nümayəndələrinə təqdim ediləcək, habelə gənc şairlər öz şeirləri ilə çıxış edəcək.

Tədbirin sonunda "Cümhuriyyət - anılar və anlar" kitabı müəllif Elmin Nuri tərəfindən oxucular üçün imzalanacaq.

MANERA.AZ


Baxış sayı - 911 | Yüklənmə tarixi: 28.01.2019 13:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031