Təhsil işçilərinin nəzərinə! - Bu təlim məhz sizin üçündür...

Manera.az xəbər verir ki, yaxın günlərdə Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü qrant müsabiqəsini elan edəcək.
Müsabiqədə iştirak edə bilmək üçün “LEAD Education” sizin üçün əla fürsət yaradır.
Belə ki, "Layihə yazılışı və idarəçiliyi" üzrə təlim 02-03 fevral tarixlərində saat 10:00 -14:00 arası “LEAD Education” Təhsil və İnnovasiya Mərkəzində keçiriləcək.
Təlimi Təhsil Nazirliyi nəzdində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Baş Mütəxəssisi, Layihə işi, İdarəçilik, Komanda işi mövzularında sərbəst təlimçi və ekspert Tofiq Sadixov aparacaq.
Hər biri 4 saat olan 2 günlük, 8 saatlıq təlimin sonunda kursu müvəffəqiyyətlə bitirən müdavimlərə SERTİFİKAT verilir. Təlimin ödənişi 65 AZN-dir.
Qeydiyyatdan keçmək üçün təhsil mərkəzinə zəng edin.
Ünvan: Bakı, Ə.Topçubaşov küç., 74, Qış parkının yaxınlığı (Bravo marketin əsas girşi ilə üzbəüz).
Tel: 012 595 05 35; 055 391 76 19
Qeyd edək ki, Layihənin informasiya dəstəkçisi MANERA.AZ saytıdır.
MANERA.AZ