manera.az
manera.az

Əllərin elə bil buludlardı - Yuliya Aleyçenkonun şeirləri

Əllərin elə bil buludlardı - Yuliya Aleyçenkonun şeirləri
Yuliya Aleyçenko ilə ötən il Minskdə keçirilən "Sözün diplomatiyası" adlı Beynəlxalq konfransda tanış olmuşam. Yuliya Belarusun gənc, lakin tanınmış müəlliflərindən biridir, Belarusun populyar ədəbi jurnalı sayılan "Polımya"nın məsul katibidir. O, Bakı və azərbaycanlılar haqqında gözəl bir esse yazmışdı, onu oxuyandan sonra Yuliyanın yaradıcılığına marağım artdı, bir neçə şeirini tərcümə etdim. Minskdə mənə öz kitabını da bağışladı və dedi ki, Bakını və azərbaycanlıları tanıdıqdan sonra onları unuda bilmir. Bir neçə il bundan qabaq Bakıda xidməti ezamiyyətdə olarkən Yuliya bizim şəhərin gözəlliyinə, insanlarının səmimiliyinə heyran qalmışdı, bunu öz oçerkində də qeyd etmişdi. Mətndə bizim ölkənin zəngin mədəniyyəti və tarixinə müəllifin heyranlığını ifadə edən emosional, heyrətedici sətirlər çoxdur.

Yuliya Aleyçenkonu təkcə Belarusda tanımırlar, o, həm də MDB məkanında, Şərqi və Qərbi Avropa ölkələrinin ədəbi orqanlarında tez-tez şeir, hekayə və oçerkləriylə çıxış edir. Onun yaradıcılığında müşahidə etdiyim bir cəhəti xüsusi qeyd etmək istərdim: Yuliyanın bədii axtarışları enerji və azad düşüncələrlə doludur. Mənə elə gəlir ki, o, dünyaya sadəcə yeni gözlə baxmır, həm də ona görə yazır ki, dünyanı dəyişdirmək istəyir.

Yuliya Aleyçenko həm də tanınmış tənqidçi və tərcüməçidir, o, bizim Müşfiqi tərcümə edib, Ekvador, Nepal, Udmurtiya, Türkmənistan, Çin, habelə bizim şair və yazıçılarımızın əsərlərini belarus dilinə tərcümə edib. Bunlar Yuliyanın tərcüməçilik fəaliyyətinin yalnız bir hissəsidir. Hazırda Belarusun qəzet və jurnallarında çeçen, kalmık, mari, Azərbaycan, rumın və digər xalqların şairlərinin əsərləri onun tərcüməsi ilə dərc olunur.

Yuliya 21 dekabr 1991-ci ildə əfsanəvi nasir, dramaturq, şair Vladimir Korotkeviçin doğulduğu Orşda anadan olub. Belarus Dövlət Universitetinin filoloji fakültəsini bitirib. Sonra magistraturada təhsilini başa vurub. Hazırda BDU-da aspiranturada oxuyur. Bu gün Yuliyanın doğum günüdür. Mən bu münasibətlə gənc istedadlı Belarus şairini təbrik edir, ona həyat və yaradıcılıq yollarında sevinc dolu günlər arzulayır, onun bir neçə şeirini "Manera.az" Ədəbiyyat Portalına təqdim edirəm.

Kamran Nəzirli


Qəlbimi çoxdan bölmüşəm...

Qəlbimi çoxdan bölmüşəm:
Kimə - sevgi,
kimə nifrət düşüb.
Kimə - əfv,
kiməsə - günahın isti göz yaşları.

Onda, deməli,
Xəyalım əzablara can verir,
ağrıdır,
yoxsa qabırğam içimi dağıdır-
azadlıq,
rahatlıq diləyir məndən?

Yox, mənim ümidlərim
yalançıdır, naşıdır,
Səadətimin gic quşudur -
oxuyur,
nəğməsini hətta sən
Unutqanlığın
daş Divarı arxasından
eşidə bilərsən...

Əllərin elə bil buludlardı - Yuliya Aleyçenkonun şeirləri

Məni qucaqlayan əllər...

Məni qucaqlayanların
əlləriylə
Şiva artıq çoxdan
dünyaları dağıdır.

Mənə ehtirasla baxanların
gözləriylə
Arqus artıq çoxdan
silib-süpürür
sonsuz sürüləri...

Məni acı-acı
öpən dodaqlarla
dünyəvi həzzlərin
baxçasında
güllər bitib, göyərib.

Və yalnız sən,
qəlbinlə
sanki Danko kimi
mənim qaranlığımı
işıqladırsan...

-----------------------
1.Çox əli olu hind əfsanəvi ilahəsi, dünyanı dağıtmağa hazırlaşan ilahə
2.Qədim yunan əsatirlərindəki çoxgözlü div, daim ayıq-sayıq olan qorxunc varlıq
3.Maksim Qorkinin "İzergil qarı" hekayəsindəki personaj, yanan ürəyi ilə özünü qurban verərək xalqını xilas edən obraz.


Əlim yetsin işığa...

Gərək ulduzlara
nərdivan qoyum -
əlim yetsin işığa.
Qoy bizim üçün də
Venera parlasın -
ətirli bir yay səhərinin
şəfəqləri arasından
işıq saçsın.

Qoy mən hər an
əbədiyyəti hiss edim, duyum,
Qoy qollarımı açmağa
qorxum,
Qoy bizə şər və uzaq
adamlar
Daha yalan danışmasınlar...

Əllərin elə bil buludlardı - Yuliya Aleyçenkonun şeirləri

Sarı bir səhər...

Sarı bir səhər,
elə bil stəkandakı çaydı -
götür və iç,
səmanı və otu hiss elə,
Əllərin elə bil buludlardı -
başımı yellədir,
Pıçıltı eşidirəm:
uzaq üfüqlərin başından
yeni günün səsi gəlir.

Tərcümə etdi: Kamran NəzirliБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30