manera.az
manera.az

Universitetdə “Bir günlük xəlifə”

📅 13.12.2018 13:23

Universitetdə “Bir günlük xəlifə”
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsi həyata keçirilir

MANERA.AZ xəbər verir ki, tələbələr universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla 31 rəhbər vəzifəni icra edəcəklər. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir.

Tələbələr bir gün ərzində icra etdikləri vəzifənin əməkhaqqını alacaqlar.

Xəlifələr həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdıracaq və kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirəcək.

“Birgünlük xəlifə” layihəsinin seçimlərində 32 rəhbər vəzifə üzrə müraciət edən 251 tələbənin ərizələri yoxlanılıb və onlardan 138 nəfəri seçkinin ikinci mərhələsinə buraxılıb.

Qeyd edək ki, layihə ADU-da ikinci dəfə həyata keçirilir. Layihənin əsası ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən qoyulub.


Baxış sayı - 1 357 | Yüklənmə tarixi: 13.12.2018 13:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930