manera.az
manera.az

Səttar Bəhlulzadənin 108 illiyinə həsr olunmuş sərgi

Səttar Bəhlulzadənin 108 illiyinə həsr olunmuş sərgi
8 – 10 dekabr 2017-ci il tarixində Əmircanda yerləşən Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin dəstəyi və Plener Group şirkətinin təşkilatçılığı ilə Xalq rəssamı Səttar Bəhlulzadənin 108 illiyinə həsr olunmuş Əmircan rəssamlarının sərgisi keçiriləcək.

MANERA.AZ xəbər verir ki, açılış dekabrın 8-i saat 16:00-da olacaq.

Sərgiyə Azərbaycan Rəssamlar İttifaqından, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından qonaqlar dəvət olunmuşdur. Sərgidə bir sıra görkəmli rəssam və sənətşünasların iştirakı gözlənilir.

Dekabr ayının 9-unda sərgini qəsəbənin 84, 87. 97, 114, 154 və 226 saylı məktəblərinin müəllim-şagird heyəti ziyarət edəcəkdir. Üç gün davam edəcək bu sərgidə 27 peşəkar, həvəskar və gənc rəssamın əsərləri nümayiş etdiriləcək.

Gələcəkdə bu sərginin ənənəvi olaraq hər ilin dekabr ayında keçirilməsi nəzərdə tutulur.

Maraqlananlar dəvətlidir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031