manera.az
manera.az

Hüseyn Cavidin “İblis” əsəri Türkiyədə səhnələşdirilir

Hüseyn Cavidin “İblis” əsəri Türkiyədə səhnələşdirilir
Azərbaycanın böyük şairi və dramaturqu Hüseyn Cavidin “İblis” əsəri yaxın aylarda İstanbul tamaşasevərlərinə təqdim olunacaq.

Hüseyn Cavidin anadan olmasının 135, “İblis” əsərinin yazılmasının 100 illiyi şərəfinə İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarında səhnələşdirilən tamaşanın məşqləri sürətləndirilib.

Manera.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının direktor müavini, Əməkdar incəsənət xadimi Məlahət Abbasovanın rejissorluğu ilə səhnələşdirilən tamaşanın baş məsləhətçisi “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, musiqi tərtibatçısı Xalq artisti Aygün Səmədzadədir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “İblis”in səhnələşdirilməsinə mənəvi dəstək göstərir.

Əsərin mətnini müasir türk dilinə görkəmli dramaturq Hilmi Zəfər Şahin və Məlahət Abbasova uyğunlaşdırıblar.
Hüseyn Cavidin “İblis” əsəri Türkiyədə səhnələşdirilir
Türkiyənin tanınmış aktyorları Rıdvan Çələbi (İblis), Əmrə Narcı (Arif), Mazlum Kiper (İhtiyar Şeyh), İsgəndər Bağçılar (İbn Yemin), Çağatay Palabıyık (Vasif), Caner Bilginer (İlhan), Nurseli Tırışkan Akpınar (Haver), Şenay Bağ (Rena) və digərləri tamaşada rol alıblar.

Premyera 2019-cu ilin birinci rübünə planlaşdırılıb.

Tamaşanın İstanbuldan sonra Türkiyənin digər şəhərlərində, həmçinin Bakı və Naxçıvan şəhərlərində də teatrsevərlərin görüşünə gəlməsi nəzərdə tutulub.

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930