manera.az
manera.az

İsa Muğannanın 90 illik yubileyi qeyd olunub

İsa Muğannanın 90 illik yubileyi qeyd olunub
Azərbaycan Dövlət Flarmoniyasında Xalq yazıçısı, “İsteqlal” ordenli İsa Muğannanın 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Manera.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev İsa Muğanna yaradıcılığının Azərbaycan ədəbiyyatına xüsusi yeri olduğunu, onun sözə həssas yanaşmasını qeyd edərək, Xalq yazıçısının əvəzsiz ədəbi xidmətlərindən danışıb. İsa Muğananın əsərlərində ortaya qoyduğu mövzulara toxunan Vaqif Əliyev “Ədəbiyyatımızın Dostayevskisi” adlandırılan yazıçının yaradıcılığında “İdeal” romanının xüsusi mərhələ təşkil etdiyini vurğulayıb. Ölkə başçısının Azərbaycan ədəbiyyatına, xüsusilə İsa Muğanna yaradıcılığına olan diqqət və qayğısından danışan Vaqif Əliyev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən görkəmli yazıçının altı cilddə olan kitabları yenidən işlənib hazırlanıb və çap olunub.

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi İsa Muğannanın ədəbiyyatımıza bəxş etdiyi yaradıcılıq nümunələrindən söz açaraq, onun dərin biliklərə malik olması ilə yanaşı, yazıçının xüsusi psixoloji gücə malik olmasından danışıb.

Sonra İsa Muğanna yaradıcılığı, əsərləri haqqında ədibin sağlığında öz fikirlərindən ibarət olan kadrların nümayiş olunması tam yerinə düşüb.

Xalq yazıçısı,Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın İsa Muğanna haqqında verdiyi müsahibədən kadrlar da nümayiş olunub. Ədibi altımışıncılar nəslinin görkəmli nümayəndəsi hesab edən Anar İsa Muğanna yaradıcılığının ədəbiyyatımızdakı böyük rolundan danışaraq, bu barədə xatirələrini bölüşüb.

Yubileyin təşkilində diqqət çəkən məqamlardan biri də rejissor işi olub. Xüsusi kompozisiyaların qurluşundakı bədii güc, yubileydə rejissorun ədibin yaradıcılığına həssas yanaşmasını və bu yaradıcılığı xüsusilə incələməsini göstərirdi.

Xalq artisti, aktyor Sabir Məmmədov İsa Muğanna obrazını ustalıqla canlandıraraq, ədibin öz dilindən öz əsərləri haqqında canlı olaraq danışıb. Gecədə ilk səslənən musiqi isə İsa Muğannanın zövqdə üstünlük verdiyi aşıq musiqisi olub. Aşıq Altay Məmmədovun çıxışı gecəyə xüsusi bir rəng qatıb.

Proqram gənc muğam ifaçılarının ifasıyala davam etdirilib.

Gecədə ədibin əsərlərindən ibarət olan tamaşalardan kiçik parçalar nümayiş olunub.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031