manera.az
manera.az

“Renesans həsrəti” 2 kitabı çap olunub

📅 29.10.2018 12:11

“Renesans həsrəti” 2 kitabı çap olunub
Yazıçı Azad Qaradərəlinin “Renesans həsrəti” kitabının 2-ci hissəsi çapdan çıxıb.

Kitabda müəlifin müxtəlif vaxtlarda qələmə aldığı esseləri, habelə müsahibələri və ədəbi qeydləri yer almışdır. Bu materialların bir çoxu saytlarda, qəzet və dərgilərdə (habelə “Yazı” dərgisində) yayımlanmışdır. Lakin topluda elə materiallar var ki, saytlarda ya qayçılanaraq verilib, ya da ümumiyyətlə dərc edilməkdən imtina edilib. Ona görə də oxucular bu kitabda bir sıra sürpriz yazılarla da rastlaşacaqlar.

Esselər bölümündə yer alan bəzi yazılarda müəllifin sırf estetik düşüncə və baxışları sərgilənirsə (“Antirenessans”, “Yeni naturalizm”, “İmtina”, “Alternativ tənqid”, “Riyakarların ədəbiyyatı”, “Repressiya və yazıçı”, “Yazıçı soyqırımı”, “Bizdə niyə Folkner yetişmir?”. “Nə olsun ki, bura Şərqdir”, “Səllimi atlar kimi”, “Mənim üzüyüm”, “ODA teatrı, ADA tetrı” və s.), digər esse və ədəbi qeydlərdə konkret müəlliflərin – Dante, M.Noymən, N.Hikmət, M.Kundera, M.V.Lyosa, P.Modiani, Y.V.Çəmənzəminli, Ümmülbanu, H.Cavid, Əli Kərim, Sabir Əhmədli, Ə.Əylisli, Ahmet Yıldız, Əlabbas, E.Əlləzoğlu, R.Qaraca, T.Əlişanoğlu, Saday Şəkərli, S.Baycan, Qan Turalı, M.Örən, Mahir Mehdi, Mövlud Mövlud, Müşfiq Xan, Natiq Məmmədli, Yaşar Bünyad, Sevinc Elsevər, Könül Arif, Esmira Məhiqızı, İsfəndiyar Əhmədzadə, Mirmehdi Ağoğlu, Cəlil Cavanşir, İradə Musayeva, Çinarə Ömray, Sərdar Amin, Bahar Zamanı, Həmid Piriyev, Amin Sükut, Ramil Mərzili, tərcüməçilər F.Seyidbəyli, Xədicə İsmayıl, Çimnaz Vəliyeva, Nərmin Həsənli, rəssamlar Sürəyya Muğanlı, Pəri Minatür, mərhum jurnalistlər Elmar Hüseynov, Rasim Əliyev, habelə oxucu və ədəbi obraz kimi Qara Məmməd və başqalarının həyatlarından önəmli fraqmentlərə toxunulur, yaradıcılığından bəhs olunur, bu kimi məsələlərə yazıçı münasibəti sərgilənir.

Kitabı kitabevim.az mağazasından (28 may metrosunun yaxınlığında) əldə etmək mümkündür.

Xatırladırıq ki, sözügedən kitabın təqdimatı yaxın günlərdə keçiriləcək. /nargin.az/

MANERA.AZ


Baxış sayı - 1 522 | Yüklənmə tarixi: 29.10.2018 12:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031