manera.az
manera.az

Azərbaycanda daha bir ilk

📅 01.11.2018 21:08

Azərbaycanda daha bir ilk
Ölkəmizdə ilk dəfə Orqan Musiqisi Festivalı keçiriləcək. Noyabrın 7-8-də təşkil olunacaq festival Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında reallaşacaq.

MANERA.AZ xəbər verir ki, Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan festival çərçivəsində noyabrın 7-də “Azərbaycan orqan sənətinin inkişafı yolu” mövzusunda elmi konfrans və orqan musiqisindən ibarət konsert keçiriləcək. Festival noyabrın 8-də Avropa orqan musiqisi ilə başa çatacaq.

Festival boyu musiqisevərləri maraqlı musiqi proqramı gözləyir. Belə ki, konsertlərdə Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək. Təqdim olunacaq musiqi nömrələri orqanla birgə milli musiqi alətimiz olan tarda da ifa ediləcək. Xanəndə və vokalçılar da səhnədə yer alacaqlar.

Festivalın bədii rəhbəri, “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov bildirib ki, Azərbaycan akademik musiqisi zəngin tarixə malikdir. Azərbaycanda orqan musiqi məktəbi qısa zaman kəsiyində bu sənətə çox böyük peşəkarlıqla yiyələnib və bu gün də dünya səviyyəsində musiqiçilər yetişdirməkdədir.

MANERA.AZ


Baxış sayı - 944 | Yüklənmə tarixi: 01.11.2018 21:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031