manera.az
manera.az

“Əli və Nino” filmi Litvada nümayiş olunub

📅 21.10.2018 15:17

“Əli və Nino” filmi Litvada nümayiş olunub
Litvanın paytaxtı Vilnüs şəhərinin ən böyük film mərkəzi olan "Forum Cinemas Vingis" kinoteatrında “Əli və Nino” filminin nümayişi olub.

Bu barədə Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib.

Tədbirdə Litva dövlət və hökumət qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan xarici ölkə səfirləri və diplomatları, yerli ictimai-siyasi təşkilatların əməkdaşları, elm və mədəniyyət xadimləri, KİV nümayəndələri, soydaşlarımız, Litva universitetlərində təhsil alan gənclər iştirak ediblər.

Filmdən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub, milli yeməklər və içkilərdən hazırlanan təamlar ikram edilib.

MANERA.AZ


Baxış sayı - 986 | Yüklənmə tarixi: 21.10.2018 15:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930