manera.az
manera.az

Bakı Los-ancelesli street-fotoqrafın gözü ilə

📅 16.10.2018 11:01

Bakı Los-ancelesli street-fotoqrafın gözü ilə
Oktyabrın 19-da "NUR Art house” qalereyasında Andrey Qlazkovun fərdi fotosərgisi açılacaq. Fotoqraf sərgidə street-fotoqrafiya (küçə fotoqrafiyası) prizmasından Bakıya və bakılılara münasibətini təqdim edəcək.

Qalereyadan Manera.az-a bildiriblər ki, əsasən fotoportret və street-foto janrlarında çalışan Andrey Los-Ancelesdə yaşayır. Fotoqrafın qeyri-adi fokusda çəkdiyi fotoşəkillərdə həyatın müxtəlif anları əks olunub. Onun ayrı-ayrı beynəlxalq müsabiqələrdə dəfələrlə qalib gələn işləri istər "Instagram”da, istərsə də digər sosial şəbəkələrdə çox populyardır.

Andrey ilham mənbəyi və yeni-yeni obrazlar axtarışında bir çox ölkələri gəzib-dolaşan səyyah-fotoqrafdır. O, yayın əvvəlində Bakıya gəlib, Abşeronda olub. Beləcə, Azərbaycana həsr olmuş fotoşəkillər kolleksiyası ərsəyə gəlib. Andrey kolleksiyanı hazırda üzərində çalışdığı "Qafqaz” adlı fotolayihəyə daxil etmək niyyətindədir.

Müəllifin Bakıda və Abşeronda çəkdiyi fotoşəkillərdə onun Azərbaycana necə səmimi və mehriban münasibət bəslədiyi, milli koloriti və əhval-ruhiyyəni nə dərəcədə incə vurğuladığı sezilir. Fotorəssamın Bakıya həsr olunmuş fotolarından biri artıq nüfuzlu "Leica” fotoqalereyası şəbəkəsində yer alıb.

Fotosərginin açılışı saat 19:00-da olacaq.

Açılış mərasimi çərçivəsində Andrey Qlazkovun gənc Azərbaycan fotoqrafları ilə görüşü olacaq, ustad dərsi keçiriləcək, yaradıcılıq problemlərinə dair maraqlı diskussiya aparılacaq.


Baxış sayı - 830 | Yüklənmə tarixi: 16.10.2018 11:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031