“Düşünən insan” kimdir? - o məşhur heykəl...

Tuncdan hazırlanmış bu heykəl 1904-cü ildə Avqusto Rodin tərəfindən ərsəyə gətirilib.
Kitablardan, intellektual verilişlərdən və başqa yerlərdən gördüyümüz “Düşünən insan” heykəlini, bəlkə də hamımız görmüşük. Onun necə hazırlandığı və kimin ideyası olduğu kimi sualların cavabı da heykəlin özü qədər maraqlıdır.
Manera.az xarici mətbuata istinadən yazır ki, tuncdan hazırlanmış bu heykəl 1904-cü ildə Avqusto Rodin tərəfindən ərsəyə gətirilib.
Burada çılpaq insan qayanın üstündə oturaraq, sağ əlini çənəsinin altına qoyub və dərin düşüncələrə qərq olub.
Bu heykəl həm də fəlsəfənin rəmzi kimi qəbul olunur.
Hündürlüyü 186 sm-dir.
“Düşünən insan” heykəlinin ideyası ilk dəfə 1880-ci ildə Rodinin “Cəhənnəmin qapıları” əsəri ilə meydana gəlib. Bu əsərdə tanınmış klassik Aligeri Dantenin “İlahi komediya”sındakı obrazlar yer alıb.
“Cəhənnəmin qapıları” əsərinin mərkəzində yer alan “Düşünən insan” heykəlinin Dantenin “İlahi komediya”sından götürüldüyü də ehtimal olunur.