manera.az
manera.az

Qara Qarayevin ev muzeyi açıldı

📅 01.10.2018 18:56

Qara Qarayevin ev muzeyi açıldı
Qara Qarayevin ev muzeyinin açılışı olub.

MANERA.AZ xəbər verir ki,mədəniyyət naziri Əbülfəs Qarayev, Baş nazirin müavini Əli Əhmədov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, xalq yazıçısı Anar və bir çox ictimai xadimlər iştirak ediblər.

Nazir bildirib ki, Qara Qarayevin 100 illik yubileyi dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanda da geniş şəkildə qeyd olunaraq musiqi ictimaiyyətinə çatdırılıb: "Qara Qarayevin ev muzeyi yox idi. Qara Qarayev bir neçə yerdə yaşayıb yaradıb. O, burada öz gəncliyini, tələbəlik illərini keçirib, ilk əsərlərini bu binada yaşayaraq yaradıb. Buna görə də ev muzeyi olaraq bu ev seçilib".

Eyni zamanda mərasimdə Qara Qarayev haqqında kitabın təqdimatı da olub.

Sonda nazir xalq artisti adına layiq görülmüş Fərəc Qarayevə mükafatını təqdim edib.
Qara Qarayevin ev muzeyi açıldı
Qara Qarayevin ev muzeyi açıldı


Baxış sayı - 2 033 | Yüklənmə tarixi: 01.10.2018 18:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031