manera.az
manera.az

Ərəbistan kinoteatrlarında ilk ərəb filmi nümayiş olunacaq

📅 18.09.2018 13:28

Ərəbistan kinoteatrlarında ilk ərəb filmi nümayiş olunacaq

Səudiyyə Ərəbistanında kinoteatrların açılmasına icazə verildikdən sonra ərəb istehsalı olan ilk film cümə axşamı günü ekranlara çıxacaq.

"Bedle" (Uniforma) adlı filmin baş rolunun ifaçısı misirli müğənni və aktyor Tamir Hüsni sosial media hesabı vasitəsilə verdiyi açıqlamada filmin Səudiyyə Ərəbistanında sentyabrın 20-dən etibarən nümayiş olunacağını bildirdi.

Qurban Bayramı (avqustun 3-cü həftəsi) günlərində Misir və bəzi ərəb ölkələrinin ekranlarına çıxan komediya filmi Səudiyyə Ərəbistanında göstəriləcək ilk ərəb filmi olacaq.

Film paytaxt Ər-Riyaddakı bir kinoteatrda nümayiş olunacaq.

Səudiyyə Ərəbistanının İnformasiya və Mədəniyyət Nazirliyindən 2017-ci ilin dekabrında verilən açıqlamada kinoteatrlara lisenziya verildiyi, ilk kinoteatrın 2018-ci ilin martında açılacağı bildirilmişdi.

Kinoteatrlarda ilk nümayiş olunan film "Black Panther" olmuşdu.




Baxış sayı - 1 640 | Yüklənmə tarixi: 18.09.2018 13:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031