“Bakı xanlarının evi” bərpa ediləcək

XVII-XVIII əsrlərə aid “Bakı xanlarının evi” bərpa ediləcək.
MANERA.AZ-ın məlumatına görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qədim abidənin yenidən qurulması, ətrafının abadlaşdırılması və texniki ləvazimatların təchizatı işlərinin satın alınması üçün təkliflər sorğusu elan edib.
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər sentyabrın 10-u saat 12-dək qəbul olunur.
Qeyd edək ki, “Bakı xanlarının evi” Böyük Qala küçəsi 44, 46, 48 və 50 nömrəli ünvanlarda yerləşir və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılır.