manera.az
manera.az

Aysel Əlizadədən yeni şeirlər kitabı gəlir

📅 18.08.2018 14:42

Aysel Əlizadədən yeni şeirlər kitabı gəlir
Yazıçı Aysel Əlizadə yeni şeirlər kitabını çapa hazırlayır.

MANERA.AZ xəbər verir ki, müəllif kitabının çapı ilə bağlı TEAS Press Nəşriyyat evinə məxsus "YAY" nəşrləri ilə müqavilə imzalayıb. Çox maraqlı mövzuları əhatə edən və ədəbi mühitdə ciddi müzakirələrə səbəb olacağı gözlənilən kitaba daxil edilmiş bütün şeirlər ilk dəfə işıq üzü görəcək.

A.Əlizadənin "Sənə İsa doğardım", "Olarsa nə gözəl, olmazsa eybi yox" adlı yeni seriyadan olan, sosial şəbəkələrdə yayılaraq ciddi müzakirələrə səbəb olmuş şeirləri də kitaba daxil ediləcək.

Yeni şeirlərdə ictimai, sosial, mental və mənəvi məsələlərə toxunulub. Şeirlər daha çox feminist dünyagörüşünü ifadə edir. Qadınların öz azadlığını əldə etmək, qorumaq üçün göstərdiyi dirəniş Aysel Əlizadənin yeni şeirlərinin əsas mövzusunu təşkil edir.

Dünyanın ən böyük gücü sayılan sevgi, insan iradəsinə tabe olmayan tək və böyük hiss kimi şeirlərdə fərqli formada təqdim olunur, bəzən köləlik, bəzən azadlıq anlayışı kimi verilir.

Aysel Əlizadə yaradıcılığında bütün ali hiss və anlayışları birləşdirməyə meyilli müəllifdir. Bu, kitaba daxil edilən şeirlərdən də aydın görünür. Müəllif adı da çox iddialı olan yeni kitabının ajiotaj yaradacağına inanır../525.az/


Baxış sayı - 1 203 | Yüklənmə tarixi: 18.08.2018 14:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930