manera.az
manera.az

Los-Ancelesdə gənc rəssamlarımızın sərgisi açılıb

📅 30.07.2018 14:25

Los-Ancelesdə gənc rəssamlarımızın sərgisi açılıb
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda ABŞ-da yaşayan gənc azərbaycanlı qadın rəssamların əsərlərindən ibarət sərgi açılıb.

MANERA.AZ xəbər verir ki, sərgidə Aydan Hüseynli, Fidan Kim, Dinarə Cəbiyeva, Lalə Rəhimova və Səyyarə Nemətovanın əsərləri nümayiş etdirilib. Baş konsulluğun dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan icmasının üzvləri, xarici ölkələrin Los-Ancelesdəki baş konsulları, tanınmış şəxslər, o cümlədən kimya üzrə Nobel mükafatçısı Arye Vorşel (Arieh Warshel), elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk və İran icmalarının rəhbərləri iştirak ediblər.

Tədbiri açan Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, xüsusilə rəssamlıq sənətinin tarixi və bugünkü inkişafı, habelə Azərbaycanın görkəmli rəssamları haqqında ətraflı məlumat verib və gənc qadın rəssamları qonaqlara təqdim edib. Müstəqil dövlət kimi Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına dövlət səviyyəsində xüsusi diqqətin yetirildiyini qeyd edən baş konsul N.Ağayev Heydər Əliyev Fondunun dəstəyilə həyata keçirilən layihələrdən və gənc sənətkarların yaradıcılığını dəstəkləyən “YARAT” Müasir İncəsənət Məkanının fəaliyyəti barədə danışıb.

Çıxışdan sonra “YARAT” Müasir İncəsənət Məkanının fəaliyyətindən bəhs edən qısa sənədli film nümayiş etdirilib.

Həmçinin sərgi iştirakçılarından olan, Azərbaycanın mərhum Əməkdar Artisti, opera müğənnisi Sona Aslanovanın nəvəsi Lalə Rəhimovanın ifasında klassik musiqi əsərləri səsləndirilib. Film və musiqi proqramı qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Los-Ancelesdə gənc rəssamlarımızın sərgisi açılıb
Los-Ancelesdə gənc rəssamlarımızın sərgisi açılıb
Los-Ancelesdə gənc rəssamlarımızın sərgisi açılıb


Baxış sayı - 1 061 | Yüklənmə tarixi: 30.07.2018 14:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031