manera.az
manera.az

Bukerin uzun siyahısında komiks - İlk dəfə

Bukerin uzun siyahısında komiks - İlk dəfə
Manera.az xəbər verir ki, prestijli ümumdünya ədəbiyyat mükafatı olan Buker 2018-ci il üçün uzun siyahıya düşən müəlliflərin adını açıqlayıb.

Siyahıya adı düşən müəlliflər bunlardır:

Belinda Bauer "Snap" (B.Britaniya)
Anna Burns "Milkman" (B.Britaniya)
Nick Drnaso "Sabrina" (ABŞ)
Esi Edugyan "Washington Black" (Kanada)
Guy Gunaratne "In Our Mad And Furious City" (B.Britaniya)
Daisy Johnson "Everything Under" (B.Britaniya)
Rachel Kushner "The Mars Room" (ABŞ)
Sophie Mackintosh "The Water Cure" (B.Britaniya)
Michael Ondastje "Warlight" (Kanada)
Richard Powers "The Overstory" (ABŞ)
Robin Robertson "The Long Take" (B.Britaniya)
Sally Rooney "Normal People" (B.Britaniya)
Donal Ryan "From A Low And Quiet Sea" (Ireland)

Siyahıya düşən müəlliflər 171 nominant arasından seçilib.

Bukerin budəfəki siyahısına ilk dəfə olaraq qrafik roman - komiks düşüb.

"Sabrina" komiksinin müəllifi 29 yaşlı Nik Drnasodur. Roman öz həyatını nəql edən, heç bir iz qoymadan qeyb olan, amma axtarışı üçün müəyyən ipucular qoyan qız haqqındadır.

Həmçinin Bukerin budəfəki siyahısıda 4 debütant da düşüb. Şotland şairi Robin Robertsonun nəzmlə yazdığı «The Long Take» romanı, feminist şair Sofi Mkintoşun «The Water Cure» əsəri, Qay Qunaratnenin «In Our Mad and Furious City», Ceyzi Consonun «Everything under» romanı uzun siyahıdadır.

Buker mükafatı (Man Booker Prize for Fiction) 1968-ci ildə Buker-Makkonnel tərəfindən təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən mükafatın hər il təqdim olunması qərara alınıb.

“Buker” bu və ya digər dildə yazılan, ingilis dilinə tərcümə edilərək Böyük Britaniyada nəşr etdirilən konkret romana və ya hekayələr toplusuna görə verilir. Mükafatın məbləği 50 min funt-sterlinqdir. Bu məbləğ əsərin müəllifi və tərcüməçisi arasında bölünür../edebiyyatqazeti.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031