manera.az
manera.az

Aşıqlar Birliyinin yeni layihəsi

📅 27.07.2018 15:50

Aşıqlar Birliyinin yeni layihəsi
Azərbaycan Aşıqlar Birliyində “Koroğlu havaları” vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi” layihəsi üzərində işlər tamamlanmaq üzrədir.

Bu barədə MANERA.AZ-a məlumat verən Birliyin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu deyib ki, artıq layihə çərçivəsində görüləcək işlərin çoxu həyata keçirilib. Belə ki, “Koroğlu havaları” ilə bağlı klassik ustadların ifaları dinlənilərək müzakirə olunub, onların çağdaş aşıqların repertuarında yenidən səsləndirilməsi məqsədyönlü bilinib. Respublikamızın müxtəlif guşələrində yaşayan istedadlı aşıqların arasında seçim aparılıb. “Koroğlu havaları”nın ən yaxşı ifaçısı olan aşıqlar seçilərək onların ifasında qəhrəmanlıq ruhunda olan aşıq havaları lentə alınıb.

Təqdim olunacaq CD albomda 15-dən çox aşıq havası yer alacaq. Qələndər Zeynalov, Məhərrəm Hüseynli, Ağamurad Şirvanlı, Altay Məmmədli, Ramin Qarayev, Dəmir Vəliyev, İsa Qaraxanlı, Şöhrət Kərimov, Təbriz Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev, Şaiq İncəli, Avdı Musayev, Anar Abdullayev, Xanlar Alqayıt, Babək Şakirli və Qabil Faxralı kimi istedadlı aşıqların, eləcə də “Çeşmə” sazçı folklor qrupunun ifasından yazıya alınan aşıq havaları milli dövlətçilik düşüncəsinin, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.


Baxış sayı - 1 668 | Yüklənmə tarixi: 27.07.2018 15:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031