manera.az
manera.az

Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabı çap olunub

📅 22.06.2018 12:42

Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabı çap olunub
Azərbaycan Universitetinin professoru Asif Hacıyevin "XX əsr ədəbi düşüncələr tarixi” (Xatirələr, manifestlər, konsepsiyalar) adlı yeni kitabı çap olunub.

MANERA.AZ xəbər verir ki, dərs vəsaiti kimi təqdim olunan kitabın redaktoru Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova, rəyçiləri isə professorlar Qorxmaz Quliyev və Şirindil Alışanovdur.

Kitabda XX əsrin son dərəcə rəngarəng, dinamik və mürəkkəb ədəbi düşüncələr tarixinə nəzər salınıb, XX əsr ədəbi prosesini səciyyələndirən ədəbi cərəyanlara aid manifestlər, konsepsiyalar, xatirələr haqqında oçerklər və onların tərcüməsi təqdim edilib. Müxtəlif cərəyanlar üzrə qruplaşdırılmış bu mətnlərə əlavə olaraq hər bir cərəyan haqqında şərh və qeydlər də verilib.

Dərs vəsaitində həmçinin dünyanın görkəmli şəxsiyyətləri – İlya Erenburq, Nikolay Trubetskoy, Nikolay Qumilyov, Salvador Dali, Umberto Eko, Jan Pol Sartr, Tomas Eliot və bu kimi alim, filosof, yazıçı və ədəbiyyatşünasların məqalələrindən tərcümələr də yer alıb. Təqdim olunan mətnlərin əsas dəyəri ədəbi cərəyanların yarandığı şəraitin, sənətkarlar çevrəsinin təbiətini ifadə etmələrində, estetik meyarların və bədii axtarışların mahiyyətini, onların zamanın hökmündən törədiyini və ictimai şüurla bağlılığını aşkarlamalarında, bədii mətnlərin dolğun dərkinə zəmin yaratmasındadır.

340 səhifədən ibarət olan dərs vəsaiti filoloq tələbələr, müəllimlər, tədqiqatçılar və ədəbiyyatsevərlər üçün nəzərdə tutulub.


Baxış sayı - 2 324 | Yüklənmə tarixi: 22.06.2018 12:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031