manera.az
manera.az

Fuad Poladov - 70: - Onsuz ilk doğum günü

📅 24.05.2018 13:44

Fuad Poladov - 70: - Onsuz ilk doğum günü
Bu gün Xalq artisti Fuad Poladovun doğum günüdür. Yaşasa 70 yaşını qeyd edəcəkdi

MANERA.AZ xəbər verir ki, Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR-nin xalq artisti 1948-ci il may ayının 24-də Bakıda doğulub.

Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972).

Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb.

Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub.

İyirmi il bu kollektivdə işləyib.

20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb.

1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

2015-ci ildə “Aktrisa” filminə görə “Ən yaxşı kişi rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb.

Qeyd edək ki, Fuad Poladov 2018-ci il mayın 5-də, 69 yaşında vəfat edib.


Baxış sayı - 1 559 | Yüklənmə tarixi: 24.05.2018 13:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031