manera.az
manera.az

Kitabxanalar haqqında qiymətli nəşr

📅 24.04.2018 11:00

Kitabxanalar haqqında qiymətli nəşr
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərovun “Azərbaycan kitabxanaları verilənlər və metaverilənlər mərkəzi kimi” adlı kitabı işıq üzü görüb.

www.science.gov.az saytı yazır ki, kitabda müxtəlif tərkibli elektron sənəd-məlumat massivlərinin, o cümlədən verilənlər və metaverilənlərin yaradılması, emalı, mübadiləsi və ümumiyyətlə, kontent üzərində həyata keçirilən kitabxana-informasiya fəaliyyəti elmi-nəzəri cəhətdən təhlil olunaraq ümumləşdirilib.

Beş fəsildən ibarət olan nəşrdə kitabxanaların meydana gəlməsi, sonrakı inkişaf dövrü və müasir yüksək texnologiyalar dövründə elektronlaşdırılma sistemi barədə ətraflı məlumat verilir.

Kitab mütəxəssislər və kitabxana sahəsində çalışanlar üçün nəzərdə tutulmuşdur. /“Xalq qəzeti”


Baxış sayı - 2 267 | Yüklənmə tarixi: 24.04.2018 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031