manera.az
manera.az

Elçin Əlibəylidən yeni kitab - MANERA.AZ

📅 27.10.2016 17:07

Elçin Əlibəylidən yeni kitab  - MANERA.AZ

Teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin sayca üçüncü “Televiziya yayımının təhlil metodologiyasının əsas istiqamətləri” adlı kitabı çap olunub

Manera.Az xəbər verir ki, kitabda müəllif televiziya yayımının vahidlərini müəyyən edərək onun təhlilini, metodoloji bazasını yaratmaqla kontent analizin, həmçinin dövrü tənqidin əsas istiqamətlərinin müəyyən edib.

Oxucular bu kitabda televiziya yaradıcılığının təhlil tipi, xüsusiyyətləri, həmçinin, təhlil prosesinin elmi-nəzəri əsasları barədə ətraflı məlumat ala biləcəklər. Müəllif burada televiziyanın bütünlüklə mahiyyəti, bədii-estetik cəhətləri, sosial-psixoloji tərəfləri, insan şüuruna təsir mexanizmlərini təhlil edib. Həmçinin televiziya yayımı işində başlıca yer tutan jurnalistika, marketinq, həmçinin yaradıcı prosesdə iştirak edən digər fəaliyyət sahələrinin işi analiz edilərək onun təhlildə yeri və metodoloji əsasları təklif edilib.

Müəllif kitabda bir neçə elmi və yaradıcı sahənin televiziya yayımında iştirakını nəzəri cəhətdən araşdırılaraq təqdim edib. “Televiziya yayımının təhlil metodologiyasının əsas istiqamətləri” kitabı televiziya işini araşdıran tədqiqatçılar, gənc alimlər və televiziya sahəsində çalışanlar üçün nəzərdə tutulub.


Baxış sayı - 1 854 | Yüklənmə tarixi: 27.10.2016 17:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031