Məktəblilərdən Yer günündə maraqlı aksiya

22 aprel Beynəlxalq Yer Kürəsi Günü ilə bağlı Lənkəran rayon "Çay fabriki " qəsəbə tam orta məktəbinin müəllim-şagird heyəti Hirkan Milli Parkına səyahət ediblər.
Manera.az xəbər verir ki, məktəblilərə bu günün əhəmiyyəti barədə məlumatlar verilib. Hirkan Milli Parkının bələdçiləri şagirdləri parkın ərazisi ilə tanış edərək onlara burda olan flora və fauna növlərini təqdim ediblər.
Daha sonra məktəblilər Beynəlxalq Yer Kürəsi Günü ilə bağlı hazırladıqları inşaları səsləndirib və əl işlərindən ibarət nümunələri sərgi şəklində nümayiş etdiriblər.
Tədbirin sonunda ekskursiyanın təşkilatçısı Araz Babayev fərqlənən şagirdlərə Fəxri Fərman və hədiyyələr təqdim etdi.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd məktəbliləri ölkəmizin təbiəti ilə tanış etmək, biomüxtəlifliyin qorunmasını onlara aşılamaq olub.
