manera.az
manera.az

Yaradıcı təşkilatlar arasında memorandum imzalanıb

📅 14.04.2018 14:57

Yaradıcı təşkilatlar arasında memorandum imzalanıb
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi (BTƏƏM) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memoranduma əsasən, Azərbaycan ədəbiyyatının və filoloji fikrinin xarici dillərə tərcüməsi və təbliği işində daimi məsləhətləşmələr aparılacaq, Ədəbiyyat İnstitutuna daxil olan tərcümə layihələrinə BTƏƏM cəlb ediləcək. Bundan əlavə, sənəddə hər iki qurumun birgə təşkilatçılığı ilə ədəbi tədbirlərin - konfrans, festival, görüş və təqdimatların keçirilməsi, eləcə də mərkəzin “Dünya ədəbiyyatı” jurnalının nömrələrinin mütəmadi olaraq Ədəbiyyat İnstitutunun kitabxanasına çatdırılması nəzərdə tutulur.

Sənədi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və BTƏƏM-in sədri Səlim Babullaoğlu imzalayıblar.


Baxış sayı - 1 053 | Yüklənmə tarixi: 14.04.2018 14:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930