Bakıda Afrin Zəfəri qeyd olunur

Tanınmış iş adamı, “Okuklu Holdinq”in rəhbəri Yılmaz Okuklunun təşəbbüsü ilə Bakıda Afrin zəfərinə həsr olunan festivalın açılışı olub.
Festivalın açılış mərasimi bu gün saat 11-00-də Ziya Bünyadov prospektində yerləşən “Hanlı Pazar” Ticarət Mərkəzində baş tutub.
Yılmaz Okuklu festivalın açılış mərasimində çıxış edib:
"Şanlı Türk ordusunun qazandığı bu qələbə hər bir türk övladının qələbəsidir. Bir iş adamı olaraq bu tarixi zəfəri qeyd etməyi özümə borc bildim. Biz hər zaman əsgərimizin yanında olmalı, onlara maddi və mənəvi dəstək göstərməliyik. “Bir millət, iki dövlət” şüarına sadiq olaraq acımızı bölüşdüyümüz kimi, sevincimizi, qələbəmizi də bərabər bölüşməliyik. Bu gün qeyd etdiyimiz Afrin zəfərinin ardından Qarabağ zəfərini də qeyd etməyi arzu edirəm.”
Hazırda festivalda vətənpərvərlik ruhunda mahnılar, rəqslər, Türkiyənin qədim adət-ənənələrini əks etdirən mədəniyyət nümunələri nümayiş olunur.
Festiva Azərbaycanın və Türkiyənin görkəmli dövlət rəsmilərinin, səfirlik nümayəndələrinin, millət vəkillərinin, media nümayəndələrinin və ictimaiyyətin tanınmış simalarının qatılacağı gözlənilir.
Qeyd edək ki, festival günün sonuna qədər davam edəcək.



Foto: Nəriman
Manera.az