manera.az
manera.az

Emin Sabitoğlu haqqında kitab nəşr olunub

📅 15.02.2018 17:19

Emin Sabitoğlu haqqında kitab nəşr olunub
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xalq artisti, bəstəkar Emin Sabitoğlunun həyat və yaradıcılığına həsr edilən kitabın nəşri başa çatdırılıb.

MANERA.AZ xəbər verir ki, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın ərsəyə gətirdiyi kitabda E.Sabitoğlunun həyatı və yaradıcılığının əsas istiqamətləri, musiqili səhnə əsərləri, simfonik əsərlər, kinofilmlərə yazdığı musiqilər və mahnılar əks olunub.

Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və aidiyyəti müəssisələrə paylanılacaq.


Baxış sayı - 1 359 | Yüklənmə tarixi: 15.02.2018 17:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930