manera.az
manera.az

ÖTƏN İLİN ANLARI

📅 02.01.2018 12:51

ÖTƏN İLİN ANLARI

Geridə qoyduğumuz 2017-ci il yaddaşlarda bir çox əlamətdar günlərlə, xatirələrlə yadda qaldı. Keçirdiyimiz sorğu əsasında bir neçə yazar və jurnalistlər 2017-ci il üçün öz fikirlərini Manera üçün bildirdi:

Kənan Hacı (şair, tərcüməçi) “2017-ci ili həmişə xoş hislərlə xatırlayacağam. Cənab Prezidentimiz jurnalistlər üçün tikilən binada mənə də mənzil bağışladı. Mənim həyatımda bundan böyük hadisə heç vaxt olmayıb. O anların sevinci bütöv bir ömrə dəyər. Cənab İlham Əliyevə, bu işdə əməyi keçən hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm. Bundan başqa, iki yeni kitabım nəşr olundu. Bir-iki mükafat aldım. Amma dediyim kimi, evlə təmin olunmağım mənim həyatımın ən yüksək mükafatıdır.”

Ayxan Ayvaz (yazıçı) “Movlud Movlud və 17-ci mərtəbə…”

Varis Yolçuyev (yazıçı) “Yaradıcılıq uğurları, mükafatlar, diplomlar və fəxri fərmanlar, müxtəlif sertifikatlar, fəxri ad, təltiflər, yeni nəşriyyat müqavilələri, yeni əsərlər, yeni kitablar, fəth edilmiş yeni- yeni ölkələr...Bir də, 2018-ci il üçün bolluca uğur bünövrəsi!”

Xanəmir Telmanoğlu (şair) “iki ildir hörmetli işsizlikle süpürləşir, onunla əməlli başli savaşiriq. Ya işsizliyə verən Allah, ya mənə...belə..”

Tural İsmayılov (jurnalist, yazar) “İş həyatımda yeniliklər oldu. Yeni hekayələr və uşaq nağılları yazdım. Amma ən yadımda qalan doğum günümdə diz qapağımın qırılmağı oldu.”

Fuad Cəfərli (şair) “Yaradıcılığa yenidən vuruludum. Yeni şeirlər gözəl hisslər. Ailə həyatı qurdum. Övlad sahibi oldum. Yeni dostlar qazandım.”

Emin Piri (şair) “Şəxsi yaradıcılıq baxımdan özümçün uğurlu sayardım. Uğurlu sayacağım yeni şeirlər yazdım, həmçinin şeir kitabım dərc olundu. Tək özümə görə yox, ümumilikdə bu ili kifayət qədər Azərbaycan ədəbiyyatı üçün uğurlu sayardım”


Baxış sayı - 1 495 | Yüklənmə tarixi: 02.01.2018 12:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031