manera.az
manera.az

Şəri – Şeytan, quru böhtan ... | MANERA.AZ


Şəri – Şeytan, quru böhtan ... | MANERA.AZ
manera.az
Bu yazını bacardıqca sadə, iddiasız, terminologiyadan uzaq və oxucu ilə təəssüratlarımı bölüşdürmək məqsədi daşıyan, heç bir təhlili yol vermədən tam səmimi şəkildə yazmaq niyyətindəyəm. Niyə?

“Niyəsi” bir az qəribə və maraqlı, bir az mistikaya bağlı olsa da, səmimi olmağa söz verdiyim üçün və həqiqət naminə bildirəcəyəm. Kimin inanıb, kimin inanmayacağından daha çox kiminsə mənə səs verərək həyatımda, şüurumda, daha doğrusu, yuxularımda baş verən qəribə dəyişikliyə olan düzgün münasibət göstərməsidir.

“Sənə də vergi verilmişdir”, “Yuxuların bəzisi düz çıxır da”, “özünü psixiatra göstər” və s. kimi münasibətlərə də hazıram. Bəli, yuxular bəzən çin olur, amma day belə yox da! Məndə elə çin olur ki, artıq narahat oluram. Milyon yuxudan birisi sanki hey beynimi döyəcləyir ki, “bax, indicə həmin şey baş verəcəkdir”.

Deyəsən, mətləb uzandı. Bu gecə yuxuda gördüm ki, şedevr ədəbi əsərləri, qəliz həyati məsələləri fəlsəfi cəhətdən analiz edirəm. Dinləyicimin isə danışdıqlarıma diqqətlə qulaq asdığından, belə səviyyəli həmsöhbətimin bir daha olmayacağından ruhlanaraq daha dərin qatlara baş vururam. Dinləyicimin kim olduğunu desəm, təəccüblənəcəksiniz – Sabir Rüstəmxanlı!

Doğrudan da, belə şeylər ancaq yuxuda olur. Səhər yuxudan duranda, dəqiq bilirdim ki, şairlə bağlı nəsə bir şeyin şahidi olacağam. Elə bu dəmdə dostum Faiqin göndərdiyi bir kitab gəldi - “Sabir Rüstəmxanlı. Şair və şər”. Əgər buna oxumaq demək mümkünsə, onu yarım gün oxudum. Əlbəttə ki, sonradan dönə-dönə oxuyacağam. Amma, həm yuxunun, həm kitabın təəssüratı isti-isti nəsə yazmağı təkid edir. Amma, sadə dildə, daha yuxudakı kimi yox. Axı, dəyirmana un aparmazlar!

Allah rəhmət eləsin Əzizə Cəfərzadəyə. Sabir, Səhhət, Seyid Əzim haqqında gözəl romanlar yazmışdı. Böyük həvəslə oxuyurdum. Ondan sonra bu ənənə itmişdi. Bir dəfə Sabir Rüstəmxanlı “həsr olunduğundan real tarixi şəxsiyyətlər – üç əqidə, məslək dostlarını ayrı şəkildə işıqlandırmışdı. “Şair və şər” isə sırf həmin ənənənin davamıdır. Özü də necə? Elə bir əsər ki, Məhəmməd Hadinin də, Əzizə Cəfərzadənin də ruhları şadlanır.

Neçə il bundan əvvəl və haradan oxuduğum yadımda qalmasa da, Xətai haqqında maraqlı bir yozum ömrümün sonuna qədər məni tərk etməyəcək. Orada yazılmışdı ki, Xətaidə “Ş” hərfi ilə başlayan üç mövqe cəmləşmişdi: şah, şair, şeyx. Və bunların hər birisi elmi şəkildə izah olunmuşdu. Qapını o qədər uğurlu idi ki, bunun bənzərinin bir daha ola biləcəyinə şübhə edirdim. Amma, Sabir bəyin bu kitabında şairin da iki kateqoriya ilə üzləşməsini görürük: Şər və Şeytan. Və bu şər mühitində Hadinin çabaları, istedadının çiçəkləndiyi, şöhrətin zirvəsində olduğu vaxtdan ta ki, təzə şeirlərini vərəq-vərəq satıb çörək pulu qazanan sərgərdan günlərinə qədər hər şey ürək ağrısı ilə qələmə alınmışdır, elə ürək ağrısı ilə də oxunur.
Hadinin faciəli taleyini hamı bilsə də, məhz hansı səbəblərdən bu şeir yanğısının, vətən fədaisinin şəxsi talesizliyə düçar olduğunu gözəl təhlil edən müəllif oxucuya hədsiz-hesabsız material verir. Hadinin dostları ilə mükalimələri o qədər dolğun, canlıdır ki, sanki oxucu bu söhbətləri oxumur, eşidir. Hadinin yaşadığı dövr Azərbaycan tarixində keşməkeşli dövr olduğundan Hadi kimi vətənpərvər də mütləq siyasət burulğanına düşməli idi. Kitabı oxuduqca, şairi məhv edən zamana, şəraitə, mühitə, bir sözlə Şərə nifrət edirsən. Bəli, Şər haqqa qarşı olduğundan, onun zərbəsi ilk növbədə haqq şairlərinə dəyməli idi. Və dəydi də!

Sabir bəy yazır: “Söz hakimindən qorxanlar onu susdurmaqdan başqa bir yol bula bilmədilər…

Bəli, Hadini öldürməklə susduran Şər qələbəsini bayram edə bilmədi. Çünki, haqq nazilər, amma üzülməz. Bu gün əlimizdə – ovçumuzda qalanlara görə Hadilərə, Müşfiqlərə, Cavidlərə borcluyuq. Müstəqilliyimiz yaşadıqca onlar da anılacaq, yaşayacaqlar.

Sevimli qələm ustası Sabir Rüstəmxanlının bu yeni zamanı hər bir Hadisevər üçün, vətənini sevənlər üçün, keçmişini öyrənmək istəyən oxucular üçün qiymətli bir töhfədir. Hadi kimi inqilab şairinin layiqli sələfi olan Sabir bəyə gərgin axtarışlarının gözəl nəticəsi olan romana görə oxucular adından təşəkkür edirəm və ona yalnız can sağlığı arzu edirəm. Ümidvaram ki, uzun ömür və sağlam bədənlə o bizi yeni-yeni dəyərli əsərlərlə sevindirəcəkdir.

Həbib Həbiboğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031