manera.az
manera.az

"Azərbaycanın ipək xəzinəsi: dünən, bu gün, sabah”

📅 29.11.2017 23:03

"Azərbaycanın ipək xəzinəsi: dünən, bu gün, sabah”
Dekabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycanın ipək xəzinəsi: dünən, bu gün, sabah” mövzusunda diskussiya keçiriləcək.

Muzeydən MANERA.AZ-a bildirilib ki, diskussiyada bədii tikmə üzrə aparıcı ekspertlər, müasir geyim dizaynerləri və “Art Loqos” sənətşünaslar klubunun üzvləri iştirak edəcəklər.

Diskussiya Azərbaycan tikmələrinə həsr olunmuş sərgi, müvafiq profil üzrə mütəxəssis, rəssam, dizayner, illüstrator, eləcə də sənətsevərlər üçün Azərbaycan tikmə sənəti, onun unudulmuş unikal texnikası, habelə ornament və rənglər aləmi ilə tanışlığa imkan yaradacaq.

Azərbaycan Milli İncəsənət Muzeyi və “Art Loqos” klubu tərəfindən təşkil olunan diskussiyanın əsas məqsədi erkən Azərbaycan tikmələrinin və tikmə texnikalarının tədqiqinə marağı artırmaqdır. Diskussiyada müasir dünyada milli irsin tətbiqi praktikası müzakirə ediləcək. Məhz bu diskussiya qədim ənənələri yaşadan modelyer, dizayner və rəssamlara xalqımızın unudulmuş ornamentlərini öz sahələrində tətbiq etməyə və dirçəltməyə böyük imkan yaradır.


Baxış sayı - 1 309 | Yüklənmə tarixi: 29.11.2017 23:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031