manera.az
manera.az

İcra başçısından tanınmış şairə hörmətsizlik

📅 22.11.2017 17:29

İcra başçısından tanınmış şairə hörmətsizlik
Manera.az-ın redaksiyasına daxil olan məlumata görə, görkəmli Azərbaycan şairi Əli Kərimin oğlu, filologiya elmləri doktoru Paşa Əlioğlu Göyçay şəhərinin icra başçısı tərəfindən atası şair Əli Kərimin qəbri yerləşən parkın adının dəyişdirilərək şəhər parkı qoyulması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

O, qeyd edib ki, şəhərin icra başçısı yaxın vaxtlarda Əli Kərimin qəbrini oradan götürmək fikrindədir. P.Əlioğlu şəhərin icra başçısının bu addımını Azərbaycan poeziyasının inkişafında mühüm xidmətləri olan, həyatdan vaxtsız getmiş şairin xatirəsinə hörmətsizlik kimi dəyərləndirib.

O, az qala bütöv bir nəslin Əli Kərimin “Qaytar, ana borcunu” şeiri ilə böyüdüyünü vurğulayır: “Bu gün belə bir şairi qəbirdə də rahat yatmağa qoymurlar. Kimlərinsə parka gözü düşüb, oranı əyləncə yerinə çevirmək istəyirlər. Mənəvi dəyərləri pula qurban vermək olmaz”,- deyə şairin oğlu əlavə edib.

Paşa Əlioğlu deyib ki, Əli Kərim adına park ümummilli liderimiz Heydər Əliyevin birinci hakimiyyəti dövründə Nazirlər Kabinetinin qərarı ilə salınıb. “Nə haqla Göyçay rayonunun icra başçısı belə bir hərəkətə yol verir. Şairin parkın girəcəyində qoyulmuş heykəli götürülərək parkın küncünə atılmışdır. Xatırladıram ki, parka Əli Kərimin adının verilməsi də, orada qəbrin yerləşməsi də həmin qərarda vardır”.

Paşa Əlioğlu sonda haqqın öz yerini tutacağına, Azərbaycanın milli- mənəvi dəyərlərinə xüsusi həssaslıqla yanaşan möhtərəm Prezidentimiz İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın məsələyə müdaxilə edəcəyinə, ədalətin bərpa olunacağına inandığını bildirib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

MANERA.AZ


Baxış sayı - 1 337 | Yüklənmə tarixi: 22.11.2017 17:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031