manera.az
manera.az

“Ədəbiyyatsız dünya” təqdim ediləcək

📅 21.11.2017 16:30

“Ədəbiyyatsız dünya” təqdim ediləcək
Dekabr 2-də Gənc Tamaşaçılar Teatrında şair Qismət Rüstəmovun tərcüməsində işıq üzü görmüş "Ədəbiyyatsız dünya” kitabının təqdimatı keçiriləcək.

MANERA.AZ xəbər verir ki, tədbir 16:00-dan 18:00-a qədər davam edəcək.

"Alatoran” nəşriyyatında çapdan çıxan kitaba məşhur dünya yazarlarının müxtəlif zamanlarda qələmə aldığı ədəbiyyat və sənət məsələləri haqqında esselər toplanıb.
Kitab ümumilikdə dünya ədəbiyyatsız necə olardı sualına cavab axtarır.

Kitabda Mario Varqas Lyosanın, Orxan Pamukun, Vladimir Nabokovun, Susan Sontaqın, Rolan Bartın, Odenin və dünyanın digər məşhur söz ustalarının ən vacib esseləri toplanıb.

Təqdimatda "Alatoran" yayınlarının və "Azərbaycan Yaradıcılıq Fondu"nun nəşr etdiyi digər kitabları da endirimlər əldə edə biləcəksiniz.

"Ədəbiyyatsız dünya” təqdimat zamanı endirimli qiymətə (5 manat) satılacaq.


Baxış sayı - 1 277 | Yüklənmə tarixi: 21.11.2017 16:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930