manera.az
manera.az

Teatr direktoru beynəlxalq mükafat aldı

Teatr direktoru beynəlxalq mükafat aldı
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev daha bir Beynəlxalq mükafata layiq görülüb. Ə. Lalayev Təbriz Teatrının Xatirə medalı ilə təltif olunub.

MANERA.AZ xəbər verir ki, mükafat SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” Beynəlxalq layihəsinin təbrizli aktyor Camal Saqinejadın iştirakı ilə nümayişindən sonra təqdim olunub.

Təqdimatdan öncə çıxış edən İranın məşhur komediya aktyoru, Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreyn Musiqili Teatrla rəhbərlik etdiyi teatr arasındakı mədəni əlaqələrdən söz açıb. “Bu gün teatrlarımız arasında bu əlaqələrin var olduğuna, gündən-günə sürətlə genişləndiyinə, inkişaf etdiyinə görə bütün xoş sözlər, təşəkkürlər ilk növbədə Əliqismət Lalayevin payına düşür. Əliqismət müəllimin Təbriz Teatrı ilə əlaqələrin genişlənməsi üçün gördüyü işlər, həyata keçirilən müştərək Beynəlxalq layihələr hesab edirəm ki, təkcə teatrlarımız arasında deyil, ümumilikdə, İran və Azərbaycan arasındakı mədəni əlaqələrin inkişafında da xüsusi əhəmiyyətə malikdir. Əliqismət Lalayev məhz bu xüsusiyyətlərinə - teatrlarımız və ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafındakı əməyinə və fəaliyyətinə görə təltif edilib.”, - deyə B. Nəhreyn bildirib.

Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev B. Nəhreynə təşəkkür edib.
“Xoş sözlərə və verdiyiniz dəyərə görə təşəkkür edirəm. Düşünürəm ki, əlaqələrimiz bundan sonra da davam edəcək, birlikdə yeni layihələrə imza atacağıq”, - deyə Ə. Lalayev söyləyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930