manera.az
manera.az

“Türk Milli Kültürü” Azərbaycan dilində

📅 22.10.2017 23:30

“Türk Milli Kültürü” Azərbaycan dilində
Türkoloq, mədəniyyətşünas İbrahim Qəfəsoğlunun “Türk Milli Kültürü” kitabı türkcədən Azərbaycan dilinə tərcümə edilib.

MANERA.AZ xəbər verir ki, nəşrin tərcüməçisi, publisist, ədəbiyyatşünas, professor, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Ramiz Əsgər kitabla bağlı dəyərli fikirlər söyləyib.

Bildirib ki, bu kitab türkologiyanın elmi təməli hesab edilə bilər.

R.Əsgərovun fikrincə hər millət maddi imkanları və mənəvi dəyərləri ilə bütöv bir mədəniyyətdir: "Əgər bir millət yaşayırsa, onun mədəniyyəti var və olacaq. Bu kitabda türk millətinin özəllikləri ilə seçilən türk mədəniyyəti araşdırılıb və mühafizə edilərək gələcək nəsillərə ötürülür. Kitab yeni nəsil tədqiqatçılara araşdırmalar aparmaq üçün böyük bir töhfədir”.

Professor bu əsəri türkoloji ensiklopediya adlandırıb.


Baxış sayı - 1 333 | Yüklənmə tarixi: 22.10.2017 23:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031