manera.az
manera.az

"Euronews"da Azərbaycan xalçaları haqqında süjet

📅 19.10.2017 17:41

"Euronews"da Azərbaycan xalçaları haqqında süjet
"Euronews" telekanalı "Azərbaycan. Xalçanın qəlbi" adlı süjet yayımlayıb.

Manera.az-ın məlumatına görə, süjetdə Azərbaycanda xalçaçılığın çox qədim və zəngin tarixi olduğu qeyd edilir, bu tətbiqi sənət növünün tarixindən bəhs olunur.

Süjetdə dünyada ilk xalça muzeyinin 2014-cü ildə məhz Azərbaycanda yaradıldığı və muzeyin orijinal üslubda - xalça formasında olduğu xüsusi vurğulanır.

“Euronews”un süjetində qeyd edilir ki, 2010-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan xalçaları Ağ Ev, Ermitaj və Vatikanda da qorunub saxlanılır.


Baxış sayı - 1 466 | Yüklənmə tarixi: 19.10.2017 17:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930