Məşhur müğənni vəfat edib

Qlen Kempbell vəfat edib
Amerikalı müğənni, gitaraçı və aktyor Qlen Kempbell 82 yaşında dünyasını dəyişib. Bildirilir ki, o, uzun müddətdir Altsheymer xəstəliyindən əziyyət çəkirmiş. Q.Kempbell 1960-cı illər Amerika pop musiqisinin ən məşhur ifaçılarından sayılır.
Qeyd edək ki, o, “İlin ən yaxşı albomu” (1968) nominasiyaları üzrə “Qremmi” mükafatına layiq görülüb.