manera.az
manera.az

Şərqlə Qərb arasındakı məsafə... | MANERA.AZ

Şərqlə Qərb arasındakı məsafə... | MANERA.AZ
MANERA.AZ

Ağılı çoban


Keçmiş vaxtlarda Şahmərdan adlı bir xan var imiş. Xan bir gün bütün camaatı bir yerə yığmış və onlara belə bir tapşırıq vermişdir:

- Sizə iki sualım var. Onların cavabını ən qısa zamanda tapın: Şərqlə Qərb arasında neçə günlük yol var? İkincisi, Allah indi nə edir? Bu iki sualın cavabını üç gün ərzində tapmasanız, hamınızın boynunu vurduracağam!..

Xanın fərmanına əməl etmək lazımdır, yoxsa hamını öldürər. Camaat üç gün düşünmüş, ancaq sualların cavabını tapa bilməmişdır. Üç günlük möhlət başa çatandan sonra cəlladlar xalqı sual-cavab meydanına yığmış. Di gəl ki, xanın suallarının cavabını heç kim bilmirmiş. Böyük dağın ətəklərində qoyun otaran bir çoban camaatın çətin vəziyyətini görüb yoldan keçən bir atlıdan nə baş verdiyini soruşmuş. Atlı demiş:

- Xan camaata “Şərqlə Qərbin arası neçə günlük yoldur?” “Allah indi nə edir?” deyə iki sual, onların cavabını tapmaq üçün də üç gün möhlət verib. Bu gün təyin olunan vaxt başa çatdı. Ancaq heç kim sualların cavabını tapa bilməyib. Camaatın belə yorğun, dilxor və gəmgin olmasının səbəbi isə ölüm qorxusudur.

Çoban bu kədərli vəziyyəti öyrəndikdən sonra atın tərkinə minmiş və camaatın toplaşdığı sual-cavab meydanına gəlmiş. Bütün xalq yığışandan sonra xan taxtına çıxmış. “Suallarımın cavabını tapan hüzuruma gəlib cavab versin!” deyə əmr etmiş. Meydana yığışanlar qorxudan başları aşağı əymişlər. Hamı "Sonumuz gəldi” deyə düşünərkən, əynində ağ kətan köynək, başında köhnə papaq olan bir gənc izdihamı yara-yara qabağa çıxmış: -Xaqanım, suallarınızın cavabını mən tapdım,- deyərək xanın hüzuruna gəlmiş. Bu vəziyyəti görən camaat heyrətdən donub qalmış.

-Suallara düz cavab verəmməsən başını bədənindən ayıracağımı bilirsən, deyilmi?- deyə xan sərt bir səslə çobana demiş.

-Bilirəm, sultanım, -deyə çoban cavab vermiş.

- Elə isə de görək: Şərq ilə Qərbin arası neçə günlük yoldur?

- Yalnız bir günlük yoldur, xaqanım.

- Haradan bilirsən elə?

- Əgər Şərqlə Qərbin arası iki günlük yol olsaydı, günəş yarı yolda qalardı. Amma elə olmur, günəş səhər Şərqdən doğur, axşam isə Qərbdə batır. Demək ki, bu məsafə yalnız bir günlük yoldur.

Bundan sonra xan “Allah bu anda nə edir"? deyərək ikinci sualına keçmiş. Çoban bu dəfə belə cavab vermiş: -Xaqanım, taxtdan düşüb yerinizi mənə verin. Yerinizə keçib cavab vermək istəyirəm. Xan çobanın bu xahişini qəbul etmiş, yerindən qalxaraq aşağı düşmüş. Oğlan taxta çıxaraq hamını eşidəcəyi şəkildə belə demiş: - Qadir Allah hazırda çobanı xanlığa, xanı da çobanlığa təyin edir..

Xan onun bu cavabını da qəbul etmiş. "Belə hazırcavab olana zülm etmək olmaz”, - demiş və meydana toplaşan camaata dağılmağı əmr etmiş. O gündən sonra camaat çobana böyük hörmət göstərməyə başlamış, dara düşən hər kəs ondan məsləhət almış…

Şərqlə Qərb arasındakı məsafə... | MANERA.AZTürkcədən uyğunlaşdıran: Turan EtibaroğluБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031