manera.az
manera.az

Azərbaycanda bütöv tayfa məhv olub

📅 19.07.2017 12:00

Azərbaycanda bütöv tayfa  məhv olub


Onların hansı səbəbdən eyni vaxtda ölmələri sirr olaraq qalır

Azərbaycan ərazisində tarixçilər, arxeoloqlar tərəfindən tariximiz, mədəniyyətimiz öyrənilsə də, hələ də respublikamızın müxtəlif regionlarında öyrənilməmiş izlər qalmaqdadır.

Şabran rayonunun Dağbilici kəndində qədim qəbiristanlıq yerləşir. Tarixşünasların dediyinə görə, dəqiq tarixi bilinməsə də, qəbiristanlıq orta əsrlərə aiddir.

Dağbilici kənd orta məktəbinin müəllimi Bayram Ağasıyev qəbiristanlığın tarixi haqqında babalarından eşitdiklərini danışıb: “Buranın tarixi haqqında bizə 113 yaşlı babamız danışmışdı. Onun sözlərinə görə, həmin kənddən bir qəbilə keçib. Həmin qəbilədəkilər xan, bəy, pir nəsillərindən olduqlarından, onlara “Xan-bəy” qəbiləsi deyilib. Onların şərəfinə həmin kənd qəbiristanlığı “Xan-Bəy” qəbiristanlığı adlanır”.

Ağasıyevin sözlərinə görə, bu qəbilənin kəndə yerləşmək üçün gəldiyi, yoxsa qonaq olduğu dəqiq bilinmir. Qısa bir zamanda bu qəbilənin bütün üzvləri ölür. Bütöv bir tayfanın xəstəlikdən və ya başqa səbəbdən məhv olması hələ də sirr olaraq qalır. Deyilənə görə, onlarda çoxlu qızıl-gümüş əşyaları olub və onları öz əşyaları ilə birlikdə basdırıblar.

Məlumat üçün bildiriək ki, sözügedən qəbirlərin üstündə müxtəlif yazılar var və onları heç kəs araşdırmayıb. Ona görə də o qəbirlərin tarixi dəqiq bilinmir. Getdikcə o yazılar da silinir və izləri itir. Bu qəbiristanlıq dövlət tərəfindən tarixi abidə kimi qorunur. / Sputnik.az


Baxış sayı - 1 188 | Yüklənmə tarixi: 19.07.2017 12:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031