Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib
Bu gün Azərbaycanın xalq artisti, tanınmış xanəndə Qəndab Quliyeva vəfat edib.Qəndab Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyasına yerləşdirilib. Ürək çatışmazlığından əziyyət çəkən xanəndə bu gün müalicə olunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzində süni tənəffüs aparatından ayrılıb.Qəndab Quliyeva xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib.Həkimlər tərəfindən xanəndəyə ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulmuşdu.
Mərhumla vida mərasimi sabah keçiriləcək. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.
Qeyd edəki,Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur. 1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-1996 cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil almışdır. İlk muğam müəllimi Nəriman Əliyev olmuşdur.
Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinifində dərs almış və onun sənətini təkmilləşdirmişdir. 1981 ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərmişdir. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov-“Leyli-Məcnun”, “Əsli və Kərəm”), Ərəbzəngi (Müslüm Maqomayev-“Şah İsmayıl”), Şahcənəm (Z.Hacıbəyov-“Aşıq Qərib”), Gülbahar (Ş.Axundova-“Gəlin qayası”), Xanəndə qız (R.Mustafayev-“Vaqif”) rollarını yaratmışdır.
Qəndab Quliyeva bir çox xarici ölkələrdə - Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olmuş, Azərbaycan muğam sənətini inkişaf etdirmişdir. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir. Onun ifasında “Xaric Seygah”, “Şahnaz”, “Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Şur” muğamlarının səsyazıları AzTR Fondunda saxlanılır.
Xanəndənin ifasında “Çahargah” muğamının səsyazısı isə Fransada “Muğam antologiyası” CD diskinə daxil edilmişdir. Qəndab Quliyeva pedoqoji fəaliyyətlə də məşğul olur. Azərbaycan Dövlət və Mədəniyyət Universitetində muğamatdan uzun müddət dərs deyib.
A.Zeynallı ad. Bakı Musiqi Məktəbini bitirmişdir (1980). 1982 ildən Azərb. Opera və Balet Teatrının solistidir.Leyli, Əsli, ("Leyli və Məcnun", "Əsli və Kərəm"; Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli), Xanəndə qız ("Vaqif", R.Mustafayev), Gülbahar ("Gəlin qayası", Ş.Axundova) və s. Repertuarında muğamlar (Şahnaz, Cahargah, Bayatı-Şiraz, Qarabağ şikəstəsi, Mahur-hindi, Heyratı və s.), xalq mahnıları ("Apardı sellər Saranı", "Qaçaq Nəbi", "Gül açdı", "Bağçada güllər", "Əlində sazın qurbanı", "Qara xal yar") və Azərb. bəstəkarlarının mahnıları geniş yer tutur.Xarici ölkələrdə (Yaponiya, Almaniya, Finlandiya, Avstraliya, İsveç, Kanada, Əfqanıstan, Tunis, Əlcəzair, İraq və s.) çıxış etmişdir.
ALLAH RƏHMƏT ELƏSİN RUHU ŞAD OLSUN...Turan Etibaroğlu
MANERA.AZ
Baxış sayı - 2 219 |
Yüklənmə tarixi: 26.06.2017 15:37