Nüsrət Kəsəmənlinin aktyor nəvəsiylə - Müsahibə

- Cavidan sizi tanıyaq ...
Cavidan Kəsəmənli 1995-ci il 10 yanvar tarixində Bakıda anadan olmuşam.İncəsənət ailəsində dünyaya göz açmışam.Hal-hazırda Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində təhsil alıram və gələcəkdə bu sənəti davam etdirmək fikirindəyəm.
- Bu sənəti öyrəndiyiniz bir təhsil ocaği var, universitet həmin mütəxəssisləri necə hazırlayır ?
Əlbəttə ki , yetişdirə bilir lakin ən az müəllimlərin məsuliyyəti qədər tələbələrin də məsuliyyəti olmalıdır. Hal-hazırda universitetimiz inkişafdadır, əminəm ki bu mərhələdən sonra təhsil ocağımız daha çox layiqli gənclərin sənətə gəlməyində aparıcı qüvvə olacaq.
-Universitet teatrın qoyduğu tələbləri ödəyirmi ?
Bizim sənət elədir ki, yanlız oxumaqla çalışmaqla müəyyən səviyyəyə gəlmək olmur, adından məlum olduğu kimi "incə sənət"dir. Bu sahə digərlərindən fərqlidir. Əsas olaraq istedad tələb olunur. Təhsil yanlız nəzəri ve praktiki cəhətdən inkişafa kömək edir. Ona görə də düşünürəm ki , birində istedad yoxdursa onun uğursuzluğunu təhsili ilə günahlandırmaq olmaz. Burda ən vacib amil insanin öz istedadının, bacarığının olmasıdır və insan öz istedadını kəşf edib doğru istiqamətə yönlənməlidir.
-Ümumiyyətlə, belə bir tələb varmı?
Elə bir tələb yoxdur.
-Bu sənətə olan marağınızın yaranmasından danışaq..
Təbii ki, incəsənət ailəsində doğulan bir insanın özünü başqa sahədə görməyi qəribə səslənər.Çünki mən gözümü açandan artıq şeirlərlə,tamaşalarla böyümüş insanam.Bildiyiniz kimi əmim də aktyor kimi fəaliyyət göstərir və onu hər gördükcə artıq mənim özümdə də yavaş- yavaş olsa belə bu sahəyə maraq oyanmağa başlamışdı.Zaman keçdikcə hardasa məktəb illərindən özümü bu sahədən kənarda təssəvür belə edə bilmədim.
-Bu sənəti seçib fikrinizi valideynlərinizlə bölüşdüyünüz zaman ailənizin reaksiyası necə oldu?Bunu necə qarşıladı ?
Reaksiyası yaxşı olmadı (gülür...). Çünki mən özüm uşaqlıqdan çox sakit biri idim.Ona görə ailəm üçün mənim gələcəkdə aktyor olmağım gülünc gəlirdi.Hətta ”a bala, get özünə daha uyğun sənət tap !” belə dedilər.Ancaq mənim fikrimdə nə qədər qəti olduğumu gördükdə isə seçimimə hörmətlə yanaşdılar.
-Nüsrət Kəsəmənlinin nəvəsisiniz. Şair nəvəsi olmaq necə bir duyğudur ?
Baxır hansı şairin nəvəsisən.Nüsrət Kəsəmənli kimi bir şairin nəvəsi olmaq həm böyük bir qürurdur həm də çox böyük bir məsuliyyətdir.İnsanlar mənim şair nəvəsi olduğumu biləndə təəccüblənirlər.Nə mənada təəccüblənirlər?Təbii ki , yaxşı mənada.Hətta təəccüblə bir daha təkrarlayır həmin sualı , mən də fəxrlə deyirəm “bəli mən Nüsrət Kəsəmənlinin nəvəsiyəm”.Onu da qeyd etmək istəyərəm həmçinin , incəsənətə olan marağın 90% babama borcluyam.Ona görə də həmişə onun ruhu qarşısında baş əymişəm.
- Ən çox sevdiyiniz şeirindən bir parça ...
Dediyim cümlə bəlkə də çoxu üçün şablon olacaq.Amma həqiqətən babanın bütün şeirləri dillər əzbəridir.Çünki hamısı xüsusi hisslərlə ,duyğularla yazılmış şeirlərdir.Onun bəzi şeirləri kiməsə itfah olunub, bəziləri isə öz həyatı ilə bağlıdır.Ancaq bir şeiri var sırf özünün məhəbbət həyatı ilə bağlıdır.Öz sevdiyi xanıma ithafən yazmışdır.
Dünən toyun idi...
Xoşbəxt olasan!
Görünür bu bizə qismət deyilmiş
Unut!
Elə bil ki,
sevdiyin oğlan
Getdiyin oğlanmış,
Nüsrət deyilmiş...
Özünüzdə gördüyünüz kimi qəlbə toxunan misralardır..
-Sizcə, istedadınız babandanmı keçib sizə?
Şeir barəsində var biraz. Ancaq deyim ki , babam qədərdir yox.Özümü heç vaxt onunla müqayisə edə bilmərəm.Çünki onun elə bir dəsti-xətti var ki ,artıq o hər bir tərəfdə seçilir.Mənimdə hardasa 30 yaxın şeirlərim var.Ancaq onun şeirləri kimi uğurlu
deyil.Hərdən sosial şəbəkələrdə dostlarımla bölüşürəm.Azdan çoxdan məndə də belə bir istedad var.Babadan yadigar..
-Siz hansı mövzulara müraciət edirsiniz?
Mən də daha çox sevgi mövzusuna müraciət edirəm.Çünki insanlar daha çox o mövzulu şeirləri sevirlər.
- Gələcəkdə serial yoxsa teatr aktyoru kimi fəaliyyət göstərəcəksiniz ?
Hər bir aktyor teatr yolunu keçməlidir.Çünki bizim sahənin məktəb yolu oradır.Düşünürəm ki ,sənətə gəlmək istəyən hət bir aktyorun yolu ordan keçməlidir.O məktəbi keçməyən hər bir aktyor yaradicilliğında olan o boşluğu hiss edər.Ancaq mən özümü kino aktyoru kimi görürəm.Bunun səbəbi o deyil ki ,mən teatrı sevmirəm.Sadəcə özümü ora daha çoxuyğun görürəm.
- Bildiyimiz kimi teatr aktyorlari əlavə qazanc üçün seriallara çəkilirlər.Sizcə bu düzgündürmü ,onların yerində olsaydınız bele bir addım atardınızmı ?
Düzün desəm bu barədə heç fikirləşməmişəm.Ancaq mən bu addımı normal qarşılıyıram.
- Sizcə, teatrımızın bugünkü vəziyyəti qənaətbəxşdirmi?
Maraqlı bir sualdır.İlk olaraq onu demək istiyirəm ki, mən teatrda fəalliyət göstərən əksər aktyorları bəyənirəm və tamaşaya getdiyim zaman böyük zövq alaraq izləyirəm.Çünki həqiqətən aktyorlar yaşıyaraq oynayırlar.Sualınıza cavab olaraq deyə bilərəm ki , teatrımızın vəziyyəti qənaətbəxş deyil.
- Gənc aktyor kimi bu sahədə hansı problemlərin olduğunu düşünürsünüz?
Teatrımız tamaşaçı problemi yaşayır.Tamaşaçı kütləsi çox azdır.Gələnlərin çoxu isə tələbələr olur.Siravi vətəndaşlar isə azlıq təşkil edir.Mən özüm də böyüklərimizdən eşitmişəm ki, keçmiş zamanlar da teatrlarımıza böyük insan axını vardı. İndi də çox istəyərdim həmin dövr geri dönsün , insanlarin incəsənətə olan marağı artsın.
-Manera.az-a sözünüz?
Sizə uğurlar arzulayıram. İllər sonra həqiqətən özümü sübut edən bir aktyor kimi yenə müsahibə vermək arzusu ilə...
Söhbətləşdi: Sevda
Manera.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.