manera.az
manera.az

Məşhur rusiyalı aktyor vəfat edib

Məşhur rusiyalı aktyor vəfat edib


Rusiya kino kino aləminə ağır itki üz verib


Bu gün səhər saatlarında SSRİ məkanında tanınan sevilən görkəmli rusiyalı aktyor və rejissor,Sosialist Əməyi Qəhrəmanı,SSRİ xalq artisti,SSRİ dövlət mükafatı laureatı, Aleksey Batalov 89 yaşında vəfat edib.

Qeyd edək ki,Aleksey Vladimiroviç Batalov 1928-ci il noyabrın 20-də Vladimir şəhərində, incəsənət xadimlərinin ailəsində dünyaya göz açıb. Atası Vladimir Batalov aktyor və rejissor, anası Nina Olşevskaya aktrisa idi. Alyoşanın 5 yaşı olanda anası atasından ayrılıb və yazıçı Viktor Ardovla ailə həyatı qurub. Onlar Moskvada yaşamağa başlayıblar. Ailələrinə tez-tez qonaq gələn isə anasının rəfiqəsi, məşhur şairə Anna Axmatova olub. Aleksey də uşaqlıqdan onunla dostlaşır, həyatda çox şeyləri ondan öyrənir, sevincini və kədərini onunla bölüşür. Anna Axmatovanı o qədər çox istəyib ki, hətta böyüyəndə onun portretini də çəkib. Gələcək həyat yoldaşı İra Rotova da onun uşaqlıq dostu olub, onlar bağ qonşusu idilər. 1941-ci ildə müharibə başlayandan sonra Alekseyin ailəsi Ufa, Kazan, Sverdlovskda yaşamalı olub, müharibə qurtarandan sonra yenidən Moskvaya qayıdıblar.Aleksey orta məktəbi bitirdikdən sonra Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasına qəbul olunur. Bir dəfə dostunun yanına gedəndə orada gözəl bir qız görür. Beləcə, uşaqlıq dostu, sevimli İra Rotova ilə illər sonra yenidən görüşür. Bir qədər sonra ailə qururlar, Nadya adında qızları dünyaya gəlir. MXAT məktəb-studiyasını bitirən Aleksey aktyorluq fəaliyyətinə başlayır.

Aleksey Batalov kinoda ilk rolunu 1944-cü ildə “Zoya” filmində məktəbli Alekseyi oynayıb. İkinci dəfə çəkiliş meydanına isə 10 il sonra dəvət alır. 1954-cü ildə rejissor İ.Xeyfisin “Böyük ailə” filmində Aleksey Jurbin roluna çəkilir. 1957-ci ildə rejissor Mixail Kalatozovun “Durnalar uçur” filmində oynadığı Boris rolu isə onu xalqın sevimlisinə çevirir. Ekran əsəri 1958-ci ildə Kann kinofestivalının baş mükafatına (“Qızıl palma budağı”) layiq görülür. Bu filmin çəkilişi onun yaddaşında ağır günlərlə də qalır. O, çəkiliş zamanı yıxılmış, sifəti yaralanmışdı, nəticədə bir neçə əməliyyat keçirməli olur. Bundan sonra Aleksey Batalov yeni filmlərə dəvət alır. Tez-tez çəkilişlərə getdiyindən ailəsində söz-söhbətlər başlayır. Belə mübahisələrdən bezən Aleksey bir dəfə dostu ilə sirkə gedəndə orada qaraçı qızı Gitana Leontenko ilə tanış olur. 1958-ci ildə o, İra ilə boşanır, 1963-cü ildə Gitane ilə ailə həyatı qurur. Aleksey Batalovu kino aləminə tanıdan rejissor İosif Xeyfis aktyoru daha bir neçə filmdə çəkir: “Mənim əziz adamım” (1958), “İt gəzdirən qadın” (1960), “Xoşbəxt gün” (1964). 1960-cı ildə Aleksey özünü rejissorluqda sınayır, N.Qoqolun “Şinel”, F.Dostoyevskinin “Qumarbaz” əsərləri əsasında çəkdiyi filmlərdə həm də aktyor kimi rol alır. 1962-ci ildə rejissor M.Rommun “Bir ilin doqquz günü” filmində Dimitri Qusev roluna görə Rusiya Dövlət mükafatına layiq görülür.

Aleksey Batalov 1979-cu ildə milyonların sevimli filmi “Moskva göz yaşlarına inanmır”da Georgi İvanoviç rolunu oynayır. Film 1981-ci ildə kino sahəsində ən yüksək mükafata - xarici film nominasiyasında “Oskar”a layiq görülür. Bundan sonra bir müddət kinodan uzaqlaşır, radiotamaşalarda oynamağa başlayır. Görkəmli aktyor sənət həyatı ilə yanaşı, 1975-ci ildən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda müəllimlik edir. Onun tələbələri indi Rusiya, Azərbaycan, Ukrayna, Belarus, Özbəkistan və s. ölkələrin tanınmış aktyorlarıdır.

Böyük aktyor 15 iyun 2017-ci ildə 89 yaşında Moskvada vəfat edib.

Turan Etibaroğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031