manera.az
manera.az

Yaradıcılıq nədir?- Ömür sıxıntısından can qurtarmaq - Nəriman Əbdülrəhmanlı/MANERA

📅 17.03.2017 22:51

Yaradıcılıq nədir?- Ömür sıxıntısından can qurtarmaq - Nəriman Əbdülrəhmanlı/MANERA


“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı cavab verir.

-Niyə varsan?

-Yəqin ki, İlahi kiçicik bir missiya tapşırdığına görə.

-Niyə yox olacaqsan?

-Bu dünyada missiyamı başa vurduğuma görə.

-Niyə yazırsan?

-Yazmaya bilmədiyimə görə.

-Yaşamaq nədir?

-Ömür möhlətini xərcləyə-xərcləyə əlçatmaza can atmaq.

-Ölüm nədir?

-Həyatın tam dərki.

-Ədalət nədir?

-İmkandan asılı olan məfhum.

-Azadlıq nədir?

-Özündə nələrdənsə imtina eləməyə qüvvə tapmaq.

-Yaradıcılıq nədir?

-Ömür sıxıntısından can qurtarmaq cəhdi.

-İnsan kimdir?

-İki aləmi özündə sığışdırmağa can atan, amma daim uğursuzluğa düçar olan məxluq.

Tural İsmyılov,
MANERA.AZ


Baxış sayı - 1 925 | Yüklənmə tarixi: 17.03.2017 22:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031