manera.az
manera.az

Azadlıq nədir?- Ruhun qəfəssiz yaşantısı- Günay Nəriman Həsənli/ MANERA.AZ

📅 15.03.2017 22:44

Azadlıq nədir?- Ruhun qəfəssiz yaşantısı- Günay Nəriman Həsənli/ MANERA.AZ


“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara yazar Günay Nəriman Həsənli cavab verir.

- Niyə varsan?

- Mən olmasam, Tanrının faciə janrındakı möhtəşəm tamaşasının baş rolu oyunçusuz qalar.

- Niyə yox olacaqsan?

- Var olan, mütləq bir gün yox olacaq.

- Niyə yazırsan?

- Daxilən saflaşmaq üçün.

- Yaşamaq nədir?

- "Həyat" tamaşasında Tanrının verdiyi rolu oynamaq.

- Ölüm nədir?

- Həm son, həm başlanğıc.

- Ədalət nədir?

- Haqqı deyib, haqqa getmək.

- Azadlıq nədir?

- Ruhun qəfəssiz yaşantısı.

- Yaradıcılıq nədir?

- Yaradanın yaratdığının yaratdığı fövqəllər.

- İnsan kimdir?

- Yaradılanların ən alisi, şah əsər.

Tural İsmayılov,
MANERA.AZ


Baxış sayı - 2 947 | Yüklənmə tarixi: 15.03.2017 22:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031