manera.az
manera.az

Heykəllərlə danışan adam - ŞEİR

📅 14.02.2017 16:00

Heykəllərlə danışan adam - ŞEİR
Tural Turan


14 fevralı yalnız qeyd edənlərə...

Hər gün heykəllərlə danışan adam,
Özünə qayıdan günün mübarək.
Bir qadın yerinə, uşaq yerinə,
İtlərə, pişiyə alışan adam,
Sənin də sevgili günün mübarək!
Nə it güldən anlar,
Nə pişik, nə daş...
Heykəl də qoyur səni qonaq yerinə...
Ey qıza gəlinə yad olan adam,
Səni kim qoydu belə qınaq yerinə?!.
Mübarək, Tanrıdan muxtarlıq alan
Yalnızlıq, yiyəsizlik dinin mübarək!
Bəlkə də sən xoşbəxtsən yalnız kişi,
Bu gün Bağdatda kamikadzelər
qumbara bağışlayır sevgililərinə.
Aran tərəkəmələri də axur kürəyi.
Qınama onları təkləşən adam,
Sənin ürəyin it-pişik boyda,
Onlarınkı Bağdat boyda, axur boydadı...
İtlərə, pişiyə alışan adam,
Sənin də sevgili günün mübarək!


Baxış sayı - 1 538 | Yüklənmə tarixi: 14.02.2017 16:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031