manera.az
manera.az

Dünya şöhrətli romanı yenidən çap olundu

Dünya şöhrətli romanı yenidən çap olundu
Qanun Nəşrlər Evində iki yeni kitablar satışa göndərilib.

Bu Alan Axelrodun “Liderlik dərsləri” seriyasından “Yuli Sezar: Liderlik dərsləri” və Dünya uşaq ədəbiyyatı seriyasından Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” adlı kitablarıdır.

Zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Ç.Aytmatov üçün ədəbiyyatda bir “böyük mövzu” – insan mövzusu var.

“Dəniz kənarıyla qaçan Alabaş” romanında oxucular həyatın çətinliklərinə sinə gərən, ürəklərində işıq daşıyan, xeyirxahlığa çalışan insanların maraqlı taleyi ilə tanış olurlar.

Tərcümə Xeyrulla Əliyevə məxsusdur.


Alan Axelrod “Yuli Sezar: Liderlik dərsləri”


Alan Axselrod-un Qanun nəşriyyatından çıxan kitabı.

Sezar tarixdə istedadlı sərkərdə və mütəfəkkir, bilikli diktator, əla natiq, yazıçı, imperiyanın memarı və siyasi xadim, mütləq imperator hakimiyyətinə yalnız öz səylərilə nail olmuş şəxs kimi qalmışdır. Biznesin tarixi, menecmenti və idarə edilməsi barəsində bestsellerin müəllifi olan Akselrod belə hesab edir ki, Sezar həm də təqlid etməyə layiq rəhbər – nümunəvi baş direktor olmuşdur. Alan Akselrod maraqlı söhbətində təbii formada qədim dövrün siyasətçilərinin fəaliyyətinin müasir top-menecerlərə və biznes sahiblərinə necə nümunə ola biləcəyini nümayiş etdirir. 92 fəsil-dərsdən ibarət olan kitab Sezarın karyerası dövründə nə kimi çətinliklərlə üzləşdiyindən və bu böyük sərkərdənin istifadə etdiyi strateji və taktiki üsulların müasir liderlər üçün nə qədər faydalı ola bilməsindən bəhs edir.

Tərcümə Həmid Vəliyevə məxsusdur.




Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031