manera.az
manera.az

Qələbə günü “Mən gəldim qızlar” ...

📅 07.05.2015 22:53

Qələbə günü  “Mən gəldim qızlar” ...

May ayının 9-da saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 9 may Qələbə günü münasibətilə tədbir keçiriləcək.


Teatrın mətbuat xidmətindən manera.az-a bildirilib ki, tədbir “1941- 1945 –ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli, 1060 nömrəli Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına əsasən gerçəkləşəcək.

Əvvəlcə səhnədə XX əsrdə bəşəriyyətin ən dəhşətli dövrü olan 1941- 1945–ci illər müharibəsi haqqında çıxışlar olacaq. Daha sonra İsveç dramaturqu Lars Nurenin “Müharibə” əsəri əsasında hazırlanmış “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası nümayiş etdiriləcək.
Iki hissəli tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarınıın Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadur. Səhnə əsərində əsas rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Roza İbadova canlandıracaqlar.

Turan


Baxış sayı - 1 863 | Yüklənmə tarixi: 07.05.2015 22:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031